İdman

Bakıda aerobika gimnastikası üzrə 6-cı dünya çempionatının planlaşdırılan tarixləri açıqlanıb

Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) video-konfrans formatında keçirilmiş iclasında qəbul edilib.

Qərara əsasən aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button