Elm və təhsil

İnternat məktəbində problem yaşayan müəllimlər barədə RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi internat məktəbinin bir qrup müəllimi məktəbdə baş verən özbaşınalıqlar və dərs bölgüsünün direktor tərəfindən düzgün aparılmaması və məktəbin müəllimi əslən Qərbi azərbaycanlı Könül Səmədlinin müəllim həmkarı tərəfindən təhqir olunması və bu təhqirə qarşı direktorun qarşı tərəfi müdafiə etməsi , direktorun təhqirə məruz qalan Könül Səmədliyə töhmət verməsi barədə müraciət unvanlamisdilar. Göndərilən müraciət əsasında məktəbin (012 323 16 38) nomresiyle əlaqə saxlayıb münasibət öyrənmək istəsə də buna nail ola bilmədik.

Müəllimlərin şikayəti əsasında Analoq.az da bir neçə silsilə məqalə dərc edildi. Bu məqalələrdən sonra direktor məktəbdə yaranan problemləri həll etmək əvəzinə bir az da qabağa gələrək yenidən şikayət məktubu ünvanlayan müəllimləri işdən qovmaqla hədələyib , onların barələrində digər müəllimlərin ərizə yazmasına münbit şərait yaradıb.

Direktor Tariyel Əkbərovun məktəbdə məktəbdə yaratdığı vəziyyəti nəzərə alan müəllimlər ötən həftə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Müəllimlərin etiraz aksiyasından sonra Bakı Şəhəri Bakı Baş Təhsil idarəsi Analoq.az – a yaranan problemlə bağlı açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik :

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğunuza cavab olaraq bildiririk ki, qeyd olunan internat məktəbdə korporativ münasibətlərin tənzimlənməsi məsələləri ilə bağlı araşdırma aparılır.

Təhsilverənlər arasındakı münasibətlərin düzgün nizamlanması, münasibətlərdə yaranmış həssaslıq zəminində münaqişələrə yol verilməməsi, müəssisədəki təhsilalanların sağlamlıq imkanlarının məhdud olduğunu nəzərə alaraq pedaqoji mühitin pozulmasına səbəb olacaq hər hansı hərəkətin edilməməsi və ümumilikdə analoji halların gələcəkdə təkrarlanmaması, “Müəllimlərin etik davranış qaydaları”na uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 2]

Back to top button