İqtisadiyyat

“Maraqların ziddiyəti haqqında” qanun niyə qəbul edilmədi?

Rövşən Ağayev: "Elektron satınalma mexanizmində çox ciddi boşluqlar var"

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli mediaya müsahibəsində bir sıra vacıb məsələlərə toxunub. İqtisadçı-ekspert Rövşən Ağayev özünün rəsmi Facebook səhifəsində bu barədə geniş şərh yazıb. Onu oxucularımıza təqdim edirik. Tanınmış mütəxəssis yazıb: “Ölkə prezidentinin yerli mediaya müsahibəsindəki 2 məqama toxunmaq istəyirəm.
1) İctimai nəzarətin vaciblyi vurğulandı, bu məsələdə medianın rolu xüsusi qabardıldı.
Şübhəsiz ki, ictimai nəzarəin təmin edilməsində media əhəmiyyətli imkanlara sahibdir. Amma bu porsesdə vətəndaş cəmiyyətinin da oynacayacağı çox mühüm rollar var. Xüsusili də dövlət qurumlarının hesabatlığının və şəffaflığının təmin edilməsi üçün zəruri mexanizmlərin (təşəbbüslərin) hazırlanması, təcrübədə tətbiqi vətəndaş cəmiyyətinin başlıca fəaliyyət istiqamətlərindən biridir. 2014-cü ildən Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə çox ciddi hüquqi məhdudiyyətlər gətirilib. Üstəgəl, praktikada ciddi əngəllər var. Məsələn, yerli icra hakimiyyətlərinin, ən əvvəl isə Prezident Administrasiyasının icazəsi olmadan bölgələrdə müxtəlif sosial qruplarla görüş və müzakirələrin təşkili, araşdırma və sorğuların aparılması qeyri-mümkündür.
Nəhayət ki, bu problemlər həllini tapmalıdır.
2) Məmurların şəffaf fəaliyyətinin və əlitəmiz işləməsinin zəruriliyi xüsusi vurğulandı.
Amma bunun üçün çox vacib hüquqi mexainzmlər yaratmağa tələsmir hökumət. Məsələn, vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi sistemi işləmədi. “Maraqların ziddiyəti haqqında” qanun qəbul edilmədi. Elektron satınalma mexanizmində çox ciddi boşluqlar var, dövlət vəsaitlərinin çox az hissəsi rəqabətli satınalma kanalları vasitəsilə istifadə edilir. Satınalmalarda maraq konflikitini izləmək üçün ən zəruri məlumat – qaliblərin real sahibləri kommersiya sirri kimi qorunur.
Vəsaitlər üzərində sərəmcamvermədə hazırkı ultra mərkzələşmədən imtina edilməlidir. Xüüsusilə də bölgə səviyyəsində infrastruktur layihələrin icrası şəffaf seçkilərdə vətəndaşdan mandat almış seçkili orqana keçməlidir ki, onalrı seçənlər bütün prosesi nəzarətdə saxlaya bilsin. Təsəvvür edin ki, hər kənddə, hər rayonda xərclənən pullara yerli icmalar özləri nəzarət edir, xərcləmələrə görə hesabat tələb edir.
Nəticəli və proqram əsaslı büdcə sisteminə keçid prosesi son dərəcə ləng gedir, real nəticələri dəyişəcək mükəmməl mexanizmlər ortada yoxdur. Yəni şəffaflıq və əlitəmizlik yalnız bu cür kompleks mexanizmlər sayəsində mümkün olur.
Qorxu və inzibati rıçaqlarla korrupsiyanın kökünü kəsmək mümkün deyil. Hətta bir vaxtlar sovetlər, hazırda isə Çin kimi sərt rejimlər bu vasitələrlə korrupsiyanın çiçəklənməsinin qarşısın ala bilməyib və bilmir.
Halbuki qeyd elədiyim mexanizmlərə əsaslanan inkişaf etmiş ölkələrdə korrupsiya inzibati rıçaqlardan bəhrələnən ölkələrə nisbətdə daha kiçikmiqyaslıdır”.
Rövşən Ağayev, iqtisadçı-ekspert
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button