İqtisadiyyat

Faktiki ödənilən pensiyaların indeksləşdirilməsinin orta əmək haqqına bağlanması yanlış addımdır

Rövşən Ağayev: "Bütün ödənişlər inflyasiyaya bağlanmalıdır"

“Faktiki ödənilən pensiyaların indeksləşdirilməsinin orta əmək haqqına bağlanması olduqca yanlış addım idi.
Bütün ödənişlər inflyasiyaya bağlanmalıdır”.
Analoq.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev özünün rəsmi Facebook səhifəsində yazıb. Onun yazdığına görə, rəsmi statistika indi məlumat yayıb ki, 2021-ci ildə orta əmək haqqı 2.9% artıb: “Deməli pensiyalar da buna uyğun artırılacaq. Qida inflyasiyasının 20%-ə yaxın olduğu bir şəraitdə 2.9% pensiya artımı son dərəcə aşağıdır. Yeri gəlmişkən, bu artımı yanvarın 1-dən etibarən minimum pensiyanın (200 manat) artımı ilə qarışdırmayın. Həmin tarixədək 240 manatdan aşağı pensiyası olan şəxslərin hamısının pensiya məbləği 1 yanvar 2022-ci ildən 240 manata yüksəldilb. Bu, minimum əmək haqqının indeksləşdirilməsi idi və 240 manatdan yüksək pensiyası olanlara hər hansı təsiri yoxdur. Amma 1 yanvardan isə bütün pensiya məbləğləri 2,9% orta əmək haqqı artımına uyğunlaşdırılacaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button