İqtisadiyyat

ŞOK…Banklar əhalidən götürdüyü 2,9 milyard depoziti xalqa kredit kimi vermək istəmirlər

Azərbaycan bank sektoru yarandığı tarixdə heç vaxt rastlaşmadığı struktur profisit vəziyyətilə üzləşib. Struktur profisit o vəziyyətdir ki, kommersiya banklarının MB qarşısında tələbləri MB-nin banklar qarşındakı tələblərini üstələyir.

Söhbət ondan gedir ki, 2021-ci ilin yekunlarına görə, pul bazsının 32 faiz artması fonunda nağd pul kütləsui cəmi 4 faiz genişlənib. Pul bazasının əsas elementlərindən olan kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesabları 2.3 dəfə genişlənib. Müxbir hesabların pul bazasında payı 41,5 faizə çatıb. Halbuk əvvəlki illərdə bu göstərici 23-25 faizdən çox olmayıb. Bütün bunların anormal tərəfi odur ki, bir ilin içərisində depozitlər hesabına bankların resurs bazası hardasa 5.5 mlrd. manat genişləndiyi şəraitdə kreditləşmə cəmi 2,6 mlrd. manat artıb. Hansı ki, ilin-günün bu vaxtında iqtisadiyyatın kreditlərə daha çox ehtiyacı var, amma imkan ola-ola banklar bunu əsirgəyir. Baxmayaraq ki, ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün kiçik və orta sahibkarlara sərfəli şərtlərlə kredit verilməsi çox vacibdir. Ancaq banklar bunları görməzdən gəlir.

Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun fikrincə, bankların hazırkı dövrdə kredit şərtlərini hələ də yumuşaltmaması təəssüf doğurur: “Bütün bunlar onu göstərir ki, banklar daha tez və asan yolla gəlir götürməyə üstünlük verirlər. Bu da əsasən istehlak kreditləridir. Hansı ki, yaxşı olardı biznes kreditlərinin verilməsi genişləndirilsin.

Belə olarsa, o zaman özəl sektora daha ciddi təkan vermiş olacaqlar. Nəzərə almaq lazımdır ki, dövlətin birbaşa yardımı sayəsində problemli kreditlər məsələsi həll edildi. Pandemiyanın təsirləri əhəmiyyətli şəkildə azalıb. Bankların kredit resursları ötən bir il ərzində xeyli artıb. Belə olan halda biznes sektoruna az kredit verməyin heç bir iqtisadi və məntiqi əsası yoxdur.

Kiçik və orta sahibkarlara daha sərfəli şərtlərlə kredit verilməsi təmin edilməlidir. Çünki iqtisadi fəallıq nə qədər çox artarsa, bu, bir o qədər iqtisadi inkişafa təkan verəcək. Sahibkarların imkanları genişləndikcə daha çox iş yerləri açılacaq və məşğulluğun səviyyəsi yüksələcək. Nəzərə almaq lazımdır ki, banklar iqtisadiyyatın bir parçasıdır. O üzdən, iqtisadi artım həm də bankların inkişafı deməkdir. Ona görə də banklar korporotiv maraqlardan əl çəkməli və birinci növbədə kredit şərtlərini yumuşaltmalıdılar. Həmçinin rel sektora daha çox kredit verməlidilər. Kreditlərin real sektora yönəldilməsi iqtisadi fəallığın artması deməkdir. Vacib məsələlərdən biri isə kredit faizlərin aşağı salınmasıdır”.
Millət vəkili onu da əlavə etdi ki, kommersiya bankları iqtiisadi inkişafa töhvə verməlidir/bakixeber

Vidadi ORDAHALLI

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button