İqtisadiyyat

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 2,1 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,4 % artaraq 118,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 % artaraq 88,2 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8 % artaraq 578,9 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 % artaraq 406,5 milyon manat olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button