İqtisadiyyat
“Ölkə iqtisadiyyatının rəqəmsallaşma prosesi dəstəklənməlidir”
Ölkə iqtisadiyyatının rəqəmsallaşdırılma prosesi dəstəklənməlidir.
Analoq.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, post pandemiya dövründə iqtisadiyyatın inkişaf istiqamətləri nəzərdən keçirilir: “Ölkədə bir neçə mühüm layihələr həyata keçirilir. Ələt portunda Orta Asiyadan yeni növ yüklərin daşınmasına şərait yaradılır. Biz inanırıq ki, portun tranzit potensialının daha da genişləndirilməsi baş verəcək. İnanırıq ki, iqtisadi sahədə daha fəal özəlləşdirmə siyasətinin cəlb edilməsi olacaq. Hazırda daxili kapital, həmçinin xarici kapital hesabına fondların yaradılması istiqamətində danışıqlar aparılır”.
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]