Ölkə

Ayaz Mütəllibovla vida mərasimi başlayır

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.

Analoq.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasimi bitdikdən sonra cənazə dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button