Kriminal

Bakıda anası ilə mübahisə edən qadın özünü qatarın altına atmaq istəyib

Bakı metrosunda intihara cəhd edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mayın 11-i saat 14 radələrində metronun “Nəriman Nərimanov” stansiyasında Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button