Kriminal

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Analoq.az xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılmışdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button