Kriminal

Etiraf: “Gözləmirdim polis atəş aça bilər…”

Məlumat daxil olur ki, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıyır.
Dünən Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürüb, qaçmağa cəh edib. Alınmayıb.
Polis əməkdaşları xidməti silahdan istifadə etməklə onun avtomobilinin təkərinə açdıqları atəş nəticəsində nəqliyyat vasitəsini saxlayıblar. O bildirib ki, “gözləmirdim polis atəş aça bilər. Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm…”.
Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də psixoterap maddələr aşkarlanaraq götürülüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button