Kriminal

Yalan məlumatla polisi aldatmaq istədi, başını bəlaya soxdu

Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını bildirib. Analoq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button