Kriminal

Gürcüstanda azərbaycanlının avtomobilindən külli miqdarda pul oğurlandı

Gürcüstanın Qardabani rayonunda oğurluqda ittiham olunan şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1974-cü il təvəllüdlü Ş.İ. adlı şəxs rayonun Qaratəhlə kəndində vətəndaşa məxsus avtomobildən 100 min lari pul (31 min ABŞ dollarından çox) oğurlayaraq hadisə yerindən qaçıb.

Polis onu Rustavi şəhərində saxlayıb. Oğurlanan pulun bir hissəsi maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsi 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button