Elm və təhsil

91 saylı orta məktəbdə “Breyn Rinq” intelektual yarışı keçirilib – Heydər Əliyev 100-

Təhsil ömür yolunun başlanğıcıdır. Hər bir müəllim üzərində olan məsuliyyəti hiss etməklə onlara etibar edilən övladları öz balaları kimi həyatın ağuşuna göndərirlər.

Belə ali müəllimlərdən biri də – vaxtilə 162 nömrəli orta məktəbə rəhbərlik etmiş, bu gün isə Səbail rayonunun 91 saylı məktəbinə rəhbərlik edən Arzu Nəzərovadır…

Arzu xanım ömrünün çox hissəsini yeniyetmələrin, məktəb uşaqlarının təlim-tərbiyəsinə həsr etmiş dəyərli şəxsiyyətdir.

Daim yeni yetişən nəslin vətənpərvərlik ruhunda böyüməsinə imza atan Arzu xanım eyni zamanda ailə müqəddəsliyi barədə ən optimal düşüncələrini bölüşür. Xoşbəxtlik isə ondadır ki, bizlər valideynlər olmaqla belə bir müdhiş təhsil idarəçiliyinin altında övlad təmənna edirik.

Arzu xanım pedaqoqiya sahəsinə gələnə qədər ailəsinin etik və estetik tərənnümlərindən yararlanmışdır. Məhz bu baxımdan, bu gün Arzu xanım ən mükəmməl tədris metodikasını istifadə etməklə yeniyetmələrin əxlaqları və tərbiyələri üzərində çox mükəmməl pedaqoji planlarını icra edir. Bu, böyük və deyərdim ki, əhəmiyyətli məsələdir.

Bu gün Səbail rayonunda yerləşən 91 saylı orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Breyn Rinq” intelektual yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəsil arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 6 Ortalama: 3.2]

Back to top button