ManşetSiyasət

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını qəbul etdi – Sensasiya

Ermənistanın Baş naziri Paşinyan mətbuat konfransında bir sıra maraqlı açıqlamalar verib. O deyib ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyirik. “Ancaq ilk növbədə sazişin mətni hazırlanmalıdır ki, bunun üçün də müzakirə və danışıqlar aparmaq lazımdır” – baş nazir deyib.
Paşinyan xatırladıb ki, hələ 1992-ci ildə Azərbaycan və Ermənistan parlamentləri MDB sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyan sənədləri ratifikasiya edib.
Təhlilçilər Paşinyanın bu bəyanatını Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının birmənalı etirafı kimi şərh edirlər.

Ramil QULİYEV

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button