Maraqlı

Yerə bir kilometrlik asteriod yaxınlaşır: NASA

NASA-nın məlumatına görə, 7482 (1994 PC1) asteroidi gələn həftənin əvvəlində Yerə yaxınlaşacaq. Yanvarın 18-də o, planetdən 2 milyon km-dən bir qədər az məsafədə olacaq ki, bu da Yerdən Aya qədər olan beş məsafə ilə müqayisə oluna bilər.

Analoq.az xəbər verir ki, göy cisminin ölçüsü 1 km-dən çoxdur.

Asteroid “Apollon” sinfinə aiddir – potensial təhlükəlidir. 1994-cü ildə astronom Robert McNaught tərəfindən kəşf edilmişdir. ABŞ Kosmik Agentliyinin məlumatına görə, bu, 2022-ci ildə planetimizə yaxınlaşacaq asteroidlər arasında ən böyüyüdür.

Xatırladaq ki, 2029-cu ilin yazında Apofis asteroidi Yerə geostasionar peyklərin orbitlərinin hündürlüyü ilə müqayisə oluna biləcək çox yaxın məsafədə yaxınlaşacaq. Astronomlar onun Yerlə toqquşma ehtimalını “hədsiz dərəcədə kiçik” kimi qiymətləndirirlər/Cebhe.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button