CəmiyyətŞou

İradə İsak Tünzaləni təhqir etdi: ” Bu, nə bəyirişmədir?”

Xalq artisti Tünzalə Ağayeva sənət dostları ilə birgə bir məclisə qatılıb. Həmin gecədə canlı mahnılar ifa edən Tünzalə Ağayeva ona yaxınlaşıb mikrofonu almaq istəyən Əməkdar artist Vasif Məhərrəmliyə “Vasif, sən oxuya bilmirsən”,- deyib.

Daha sonra müğənni həmkarı Vasif Məhərrəmli ilə yaşanan qalmaqala görə ondan üzr istəyib. Bu barədə ifaçı sosial şəbəkə hesabından paylaşım edib. O, Vasif Məhərrəmli ilə üzbəüz görüşərək fikirlərini bu cür ifadə edib: “Bizim səmimi improvizasiyamızı, “Vasif sən oxuya bilmirsən” söhbətimizi bəzi media nümayəndələri yanlış təqdim edib, aləmi bir-birinə qarışdırıblar.  Vasif dəyərli peşəkardır, sənətinin sahibidir. Biz səs-küyə, maqazin xəbərlərinə öyrəşmiş insanlarıq. Amma “istəmərəm ki, sənət dostlarıma mən tərəfdən, mənim kəlimələrimdən ziyan dəysin. Vasif, yenə də üzr istəyirəm”.

 

 Bu mövzu yenicə qapanmışdı ki, növbəti bir mövzu gündəmə gəldi

 

 “Səs Azərbaycan” yarışmasında iştirakçılarından biri koronavirusa yoluxduğu üçün tələbəsi ilə “qarşıdurma”ya çıxıb. 

Adalet.az xəbər verir ki,  xalq artisti Səbinə Quluzadə ilə Uitni Hyuston və Enriki İqlesiasın birgə oxuduğu  “Could I Have This Kiss Forever” mahnısını ifa edib.

Həmin anların görüntüləri sosial mediada yayılıb. Teleaparıcı İrad İsak isə sözügedən videoya rəy yazaraq Tünzalə Ağayevanı və iştirakçını təhqir edib.


“İlahi bu mahnının orijinalı necə həzin, rahat səslə oxunur. Bu, nə bəyirişmədir (kiçikbuynuzlu və balaca heyvanların səslənmələri – red.) belə?”, – deyə, İ.İsaq bildirib.Əntiqə Rəşid/adalet.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button