Maraqlı

İran şokda – İslamçı qadın İsrail agenti çıxdı – ŞOK VİDEO

“Azad İran” Yutub kanalı İran mətbuatında və sosial şəbəkələrin İran seqmentində haqqında ən çox danışılan Katrin Şakdam adlı xanım barədə süjet hazırlayıb.Beynəlxalq media qurumlarında və araşdırma mərkəzlərində bir təhlilçi, jurnalist və siyasi şərhçi kimi yaxşı tanınan həmin xanımın adı bu dəfə tamam başqa kontekstdə – İran hakimiyyəti və rəsmi mediası ilə əlaqələri müstəvisində hallanmaqdadır.

O, Fransada bir yəhudi ailəsində dünyaya gəlib və daha çox İngiltərədə yaşayıb.

K.Şakdamın bir çox nüfuzlu media orqanlarında çoxsaylı məqalələri dərc olunub.

Daha sonra onun İranla münasibətləri soyuyub və məqalələri silinib.

Ötən il isə “Time of İsrael” qəzetində K.Şakdamın böyük məqaləsi dərc olunub. Burada şərhçi İran hakimiyyətinin bəzi planlarını açıqlayıb.

Bundan sonra bir çox İran siyasətçisi onu İsrailə casusluq etməkdə ittiham edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button