Maraqlı

Sultan II Əbdülhəmidin nəvəsi vəfat etdi

Sultan II Əbdülhəmidin oğlu şahzadə Mehmed Səlim Əfəndinin dördüncü nəsil nəvəsi Leyla Kənan Jour İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Türkiyə mətbuatının yazdığına görə Leyla Kenan Jourun cənazəsi təyyarə ilə Beyruta göndərilib.

Livanda yaşayan Leyla xanım bir müddət əvvəl müalicə üçün İstanbula gəlmişdi. Ötən gün dünyasını dəyişən Leyla Kenan Jourun ölüm xəbərini qızı Annabelle Satia Jour sosial şəbəkədə yayıb.
“Sən mənim gözüm və ürəyimsən”, – deyə qızı paylaşımında qeyd edib.

Liviyanın Tripoli şəhərində anadan olan Leyla Kenan Jourun atası İbrahim Edhem bəy II Əbdülhəmidin nəvəsi Əminə Nemika Sultanın oğlu idi/moderator.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button