Maraqlı

“Archiallazstudio”  dizayn və memarlıq şirkətinin fəaliyyəti – FOTO

Tanınmış dizayner “Archiallazstudio”  dizayn və memarlıq şirkətinin qurucusu və rəhbəri Leyla Allazovanın mənzil, xidmət sahələri və sosial obyektlər üzrə tamamlanmış və istifadəyə verilmiş dizayn işləri müasir uslubu ilə seçilir.

Qloballaşan dünya təsərrüfatında sənayenin çox sürətlə inkişaf etdiyi XXI əsri kompüter texnologiyaları və innovasiyalarsız təsəvvür etmək mümkün deyil.

Hər il dünyaya innovativ kəşflər və nailiyyətlər üzrə robototexnika, VR, AR texnologiyaları, kompüter texnologiyalarının müxtəlif sahələri təqdim edilir.

Bu texnologiyalar memarlıq və dizayn sahələrində də çox geniş formada təqdim edilir. Yeni süni materiallar, 3D printerlər, müasir qapalı strukturlar, innovativ texnologiya, İT texnologiyalarının istifadəsi və digər texniki yeniliklər – bütün bunlar müasir memar və dizaynerlərə hər cür memarlıq və planlaşdırma işlərinin həll edilməsini reallığa çevirməyə kömək edir.
       
Leyla Allazova Azərbaycan Respublikasında memarlıq və dizayn sahələrində müasir kompüter texnologiyalarının tətbiqi ilə memar və dizaynerlərin hazırlanması üzrə ixtisaslaşmış qabaqcıl şirkətlərdə, respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə fəal iştirak edərək, geniş nəzəri və praktiki təcrübə qazanan bir  sahibkar kimi “Archiallazstudio”  dizayn və memarlıq şirkətini qurmaqla evlər, restoranlar, magazalar və digər obyektlərin layihəsi, dizaynı, landşaft dizaynı, onların layihə əsasında dizayn edilməsi, müəllif nəzarəti altında təmiri işlərini həyata keçirir.

“Archiallazstudio”  dizayn və memarlıq şirkəti obyektlərin dizayn və təmir işlərində istifadə edilən materiallar, mebel, işıqlandırmalar, bəzək dekorların gündən-günə artan çeşidləri və gözəllikləri arasında ən zövqlüsü və daha keyfiyyətlisini seçərək ərsəyə gətirir.
    
“Archiallazstudio”  dizayn və memarlıq şirkətinin, bəzi obyektlrin  layihəsi, dizaynı, landşaft dizaynı, onların layihə əsasında dizayn edilməsi, müəllif nəzarəti altında təmiri işləri ilə müəllifin aşağdakı linkdən tanış olmaq olar.

www.instagram.com/archiallazstudio/?igshid=YmMyMTA2M2Y=   

Əlaqə:(+994)55 692 68 89

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button