Maraqlı

Britaniya kraliçasının 96 yaşı tamam olur

Böyük Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı kraliça II Elizabetin bu gün 96 yaşı tamam olur. Bu münasibətlə kraliça ailəsi və dostları ilə Norfolk şəhərindəki Sandrinqem malikanəsində görüşüb. Xatırladaq ki, 1926-cı ildə anadan olan II Elizabet 1952-ci ildə atası Kral VI Georq vəfat edəndə taxta çıxıb. Kraliçanın ad günü münasibətilə maraqlı fotosu da paylaşılıb.

Eyni zamanda, Baş nazir Boris Conson və ana müxalifətdəki İşçi Partiyasının lideri Keir Starmer ad günü təbriklərini kraliçaya çatdırıblar. 

Kraliçanın ad günü münasibətilə top atışı da baş tutduğu qeyd edilib/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button