Maraqlı

Restoranda şok mənzərə – Yeməklər tualetdə hazırlanırmış

Səudiyyə Ərəbistanı hakimiyyəti Ciddə şəhərində yeməklərin tualetdə bişirildiyi aşkar edildikdən sonra restoranın bağlanmasına göstəriş verib. Müştərilərə təqdim edilən yeməklərin 30 ildir sanitariya qovşağında hazırlandığı qeyd edilir. Restoran yaşayış binasında yerləşib.

Yoxlama zamanı məlum olub ki, tualetdə ərəb ölkələrində yayılmış qızardılmış şirniyyatlar və hind piroq-samosası hazırlanıb.

Bundan əlavə, ictimai iaşə obyektinin ərazisində yoxlama zamanı gəmiricilər və həşəratlar da aşkar edilib/lent.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button