Maraqlı

Gənc rəssamın orijinal üslublu sərgisi keçirildi – FOTOLAR

Müasir İncəsənət mərkəzində rəssam, sənətşünas və sənət terapisti Turan Bağırovanın “Hüsna” adlı fərdi sərgisi açılmışdır. Nümayiş olunan əsərlər kalliqrafiya və rəngkarlığın gözəl sintezini təşkil edir. Sərgi Ramazan bayramı sonrasında reallaşdığından xeyriyyə məqsədi daşıyır.

Əsərlərin satışından əldə olunan gəlirin xeyriyyə fonduna ianə edilməsini nəzərə alarsaq, bu bir xeyriyyə aksiyasıdır. Qeyd edək, ki bu mövzuda sərgi Azərbaycanda ilk dəfə təşkil edilmişdir.

Sərgidə iştirak edən xalq rəssamı Arif Hüseynov çıxışı zamanı sərginin ideyasını çox bəyəndiyini söylədi. Həmçinin sərgidən əldə etdiyi əsəri emalatxanasının ən gözel yerinde saxlayacağını bildirdi. Sərgidə həmçinin rəssam Esmeralda Tağızadə, heykəltəraş -rəssam Eldar Həsənov, sənətşünas Sevda Quliyeva çıxış etdilər.

Sərgi gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırovanın ilk böyük fərdi layihəsi olaraq böyük maraq doğurdu. Sərgiyə gələn ziyalılar, mədəniyyət xadimləri, tələbələr yüksək təəssüratlarla ayrıldılar. Əməkdaşımız sərgidən iki əsər almış ailənin təəssüratlarını öyrənib: Dövlət İmtahan Mərkəzinin əməkdaşı Nuran Abasova və Silahlı Qüvvələrin kapitanı Nurlan Atamoğlanlı aldıqları əsərləri çox bəyəndiklərini, sərginin orijinal olduğunu qeyd ediblər. Hər iki tamaşaçı-alıcı xeyriyyə aksiyasını yüksək qiymətləndirdiklərini və belə tədbirlərin ölkəmizin mədəni həyatında, eləcə də mənəvi dəyərlərimizin yaşadılmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncesenet Gimnaziyasının ressamlıq fakultəsini bitirib. Mədəniyyet ve İncesenet Universitetinin qrim ressamı fakültəsində təhsilini davam etdirib. Ressamlıq Akdemiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hal-hazırda Ressamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncesenet Kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraq da öz rəsm kursu var. Ressam, sənətşünas ve sənət terapisti kimi biliklərini daha yeni nəsilə öyrədir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button