Maraqlı

Mayın ikinci yarısında Yer kürəsini maqnit qasırğaları bürüyəcək

May ayının ikinci yarısında Yer kürəsini maqnit qasırğaları bürüyəcək.“Report” xəbər verir ki, mayın 16-da Günəşdə aktivliyin artması gözlənilir. Bu, ciddi təsir göstərməsə də, hava şəraitindən asılı olan insanlar səhhətinin pisləşməsini hiss edə bilərlər.

Daha sonra, mayın 20-də cüzi dalğalanmalar olacaq. Mayın 24-də mülayim maqnit qasırğası, mayın 25-27-də isə Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button