Maraqlı

Pullarınızın oğurlanmasını istəmirsizsə, bunları etməyin!

Son zamanlar sürətlə yayılan smartfona müdaxilə edilməklə bank hesabından pulların oğurlanmasının qarşısını almaq üçün nələr etmək olar?Analoq.az xəbər verir ki, İT mütəxəssisi Fərid Pərdəşünas bununla bağlı öz tövsiyələrini verib.

O, aşağıdakılara əməl etməyi məsləhət görüb:

* Klon tətbiqlərin istifadəsindən çəkinin. Bura “WhatsApp+”, reklamsız YouTube, pulsuz Spotify, pulsuz futbol oyun kanalları və s. daxildir;

* .apk faylları yükləməyin. Bu o mənaya gəlir ki, rəsmi tətbiq mağazası olan “Play Store”dan kənar – internetdən proqramlar yükləyib, smartfona quraşdırmayın;

* Smartfonunun ən son “Android” versiyası və təhlükəsizlik yenilənməsini həyata keçirin. Yenilənmə gələn tətbiqləri dərhal yeniləyin;

* Şübhəli tətbiqlərə lazımsız icazələr verməyin. Başqalarını izləməyə alan, görünməyən profilləri göstərən tipli casus proqramların istifadəsindən çəkinin;publika.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button