Mədəniyyət

Bu gün Aşıq Ələsgərin anım günüdür

 

Bu gün Azərbaycan və ümumürk xalq ədəbiyyatının bir qolu olan ozan sənətinin – aşıq yaradıcılığının ustad aşıqlarından Dədə Ələşgərin ( Ələsgər Alməmməd oğlu ) anım günüdür.

Doğum tarixi və yeri: 1821-ci il – Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndi
Ölüm tarixi və yeri: 7 mart 1926-cı il – Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndi

Sazı sol əli ilə ifa edirdi. Bu barədə şeirlərinin birində yazmışdı:

…Ürəkdən uzağa düşməsin deyə,
Sazı da sol əllə çaldı Ələşgər.

Dədə Ələsgər ilk olaraq aşıq yaradıcılığımızın daha bir ustadı olan Aşıq Alıdan aşıqlıq sənətinin sirlərini öyrənmiş, özündən sonra aşıq məktəbi yaratmışdır.. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında boyük iz buraxmışdir.

Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə biruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Mirəli Qaşqay öz çıxışlarının birində bele demişdir: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir
________________________________
Tanrı dünyasın dəyişən bütün sənətkarlarımızın tinin şad, yerin uçmaq etsin, yaşayanlara can sağlığı versin

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button