Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı online rejimə keçdi

Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına başlayıb.

Teatrın mətbuat xidmətindən Analoq.az-a verilən məlumata görə, teatrın repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək:Tamaşaçılar tamaşanı youtube, facebook, instagram səhifələrində izləyə bilərlər.

1. “Danışan Gəlincik” – 26 mart (uşaqlar üçün)
2. “Qucaqla məni” – 30 mart (31 mart soyqırımına həsr olunub, gənclər üçün)
3. *”Dovşanın evi”*- 3 aprel ( uşaqlar üçün)
4. “Göyçək Fatma” – 7 aprel ( uşaqlar üçün)
5. “Əyriqulaq dovşan” – 11 aprel (uşaqlar üçün)
6. “Günahsız Günahkarlar” – 15 aprel ( insan alverinə qarşı mübarizəyə həsr olunub)
7. “Çay dəstgahı” – 19 aprel ( uşaqlar üçün)
8. *”Sehrli Tütək”*- 23 aprel (uşaqlar üçün)
9. “Pəltək Cücə” – 27 aprel (uşaqlar üçün)
10. “Kimdir müqəssir” – 1 may (böyüklər üçün)
11. “Humayın yuxusu” – 5 may (uşaqlar üçün)

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button