Mədəniyyət

Əməkdar rəssam Rəşid Şerif vəfat edib.

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Tanınmış teatr rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı,Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı Rəşid Şerif vəfat edib.

Analoq.az xəbər verir ki, R.Şərif uzun sürən xəstəlikdən sonra bu gün 67 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki,Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif) 1953-cü ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur.1976-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 5 il Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında işləyəndən sonra ömrünün sonuna kimi Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı vəzifəsində çalışıb. Bu illər ərzində Teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub.

3 may 2011-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar Rəssam” fəxri adına layiq görülüb.

Rəşid Şərif “YUĞ” Dövlət Teatrının banisi,görkəmli rejissor Vaqif İbrahimoğlunun qardaşı idi.

Allah rəhmət eləsin

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button