Mədəniyyət
Kukla Teatrı da dövlətimizin başçısının xeyirxah təşəbbüsünə qoşulub
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bəşəriyyətin bəlasına çevrilən COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.
Teatrın mətbuat xidmətindən Analoq-a bildirib ki, sənət ocağının rəhbərliyi kollektiv adından müəyyən miqdarda vəsaiti tam könüllü olaraq ölkə başçısının müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Turan Etibaroğlu
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]