Dünya

Pekinə giriş-çıxış yenidən bağlandı-SON XƏBƏR

Çinin paytaxtı Pekinin Fentay rayonunu karantinə alınıb. Şəhərin rəhbər orqanları bu gün qeydə alınan 7 yeni koronavirus yoluxmasından sonra belə qərar qəbul edib. Analoq.az xarici mətbuata istinadən xəbər verir ki,kütləvi xəstəliklər mərkəzi qeyd edib ki, bütövlükdə Pekində keçən bir gün ərzində 46 yeni yoluxma faktı qeydə alınıb.

Yoluxma mənbəsi kimi Fentay rayonunda yerləşən ət və balıq məhsullarının satışı ilə məşqul olan Sinfadi bazarı göstərilir. Birinci günü bu rayonda yerləşən 9 məktəb və baxçalar işləməyəcək. Hökümət ictimai nəqliyyatın hərəkətini dayandırıb.
Bu gündən etirbarən Pekinə giriş çıxış dayandırılıb.

Son iki ay ərzində Çinin paytaxtında Covid-19 yoluxmuş ilk xəstə bu həfənin cümə axşamı qeydə alınmışdı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button