Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Analoq.az xəbər verir ki, mərkəz bu addımı ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən atıb.

Mərkəzin kollektivi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, xalqımızın həmrəyliyi, hər bir vətəndaşın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu virusun geniş miqyasda yayılmasının qarşısının alınacağına inamlarını ifadə edir.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button