Mədəniyyət

İrəvan Teatrı “Evdə qal, tamaşa izlə” devizi ilə növbəti tamaşalarını təqdim edəcək

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Evdə qal, tamaşa izlə” devizi ilə tamaşaçılarını virtual olaraq sevindirməkdə davam edir.

Bu barədə Analoq-a teatrın mətbuat xidmətinin rəhbəri Teymur Bayramov məlumat verib.

Bildirib ki, dünyanı bürüyən koronavirus (COVID-19) təhlükəsi ilə mübarizədə ölkəmiz də bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərargahın tapşırıq və tövsiyələrinə, “Evdə qal, sağlam ol” prinsiplərinə əməl olunur.

Mədəniyyət Nazirliyi mövcud karantin vəziyyətində insanların asudə vaxtlarının təşkili üçün kreativ layihələr gerçəkləşdirir. İrəvan Teatrı da bu layihə çərçivəsində “Evdə qal, tamaşa izlə” devizi altında sosial şəbəkə üzərindən (https://www.facebook.com/irevanteatri/) aprel ayı ərzində tamaşalar təqdim edir.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button