İqtisadiyyat

Rövşən Aşayev: “Ölkə iqtisadiyyatının əlavə dəyər yartamaq potensialı minimum səviyyədədir”

Mərkəzi Bankın dünən açıqladığı illik hesabata görə pul multiplikatoru 2014-cü ildən sonra ən aşağı səviyyyəyə (1,75-ə) düşüb.
Analoq.az xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev Facebbok səhifəsində yazıb ki, son 5 ildə həmin göstəricinin hətta 2.8-ə qədər yüksəlməsi qeydə alınmışdı və hazırkı səviyyə həmin maksimumdan az qala 40% aşağıdır. Bu göstərici geniş pul kütləsinin (M3) pul bazasına nisbətidir. Mahiyyəti odur ki, bank sektoru yığımların (depozitlərin) daha sürətlə genişlənməsi hesabına Mərkəzi Bankın emissiya edib sərəncam verdiyi nağd pulun üzərinə nə qədər qeyri-nağd pul kütləsi əlavə edə bilir: “Bilirsiniz ki, iqtisadiyyatda olan pul kütləsi nağd pulla qeyri-nağd pulun cəmindən ibarətdir. Burda nağd pul deyərkən həmçinin ehtiyatlar və müxbir hesablardakı vəsaitlər də nəzərdə tutulur. Qeyri-nağd pul nə qədər sürətlə artıb, nə qədər böyük həcmdə olusa, pul multiplikatoru da bir o qədər yüksək olar. Hazırda müxtəlif ölkələrdə yaxşı hesab edilən səviyyə 3,5 və bundan daha yüksək olan göstəricidir. Reallıqda qeyri-nadğ dövriyyənin artıran əsas həlqə bank-maliyyə sektoru olsa da, bu iqtisadiyyatın potensialına bağlı məsələdir. İqtisadiyyatın banklaırn əlində olan mövcud maliyyə resurslarına tələbatı da, həmin resusrların istifadəsi hesabına milli gəliri artırmaq potensialı da yüksək olmalıdır ki, əldə olunan qazancların bir hissəsi qənaətə çevrilib depozit kimi banklara qayıtsın. Nəzəri olaraq emissiya edilmiş hər manat əlavə 4 manat yığıma çevrilə biləcək əlavə 4 manata yarada bilmirsə, demək ki, iqtisadiyyatın əlavə dəyər yaratamaq potensialı da minimum səviyyədədir. Mərkəzi Bankın çap maşının sürəti iqtisadiyyatın potensialından istifadə sürətini əhəmiyyətli dərəcədə qabaqlayanda multiplikatorun da səviyyəsi azalmaqda davam edir. İqtisadiyyatın real böyümə sürətinin 5%-dən bir az çox olduğu şəraitdə pul bazası 33%-ə yaxın, qeyri-nağd pul kütləsi isə 29% artıb”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button