Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı bəyanat qəbul etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan 12.06.2020 tarixində keçirilən İdarə Heyətinin iclasında kinomuzun son durumunu müzakirə edərək Bəyanat qəbul etmişdir.

Analoq.az xəbər verir ki,Bəyanatda son onillikdə Azərbaycan kinematoqrafında müəyyən uğurları, filmlərimizin nüfuzlu Beynəlxalq iştirakı qeyd edilməklə yanaşı, bu dövrün bütövlükdə kinomuz üçün durğunluq illəri olduğu vurğulanır.

Yaranmış vəziyyətin əsas səbəbi kimi Mədəniyyət Nazirliyinin kadr siyasəti, konkret olaraq, dövlətin kino siyasətini həyata keçirməli olan məsul şəxslərin özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstərmələri qeyd olunur.

Bəyanat ö
zündə illərlə təxirə salınmış və keçən ildən müzakirəsi başlanmış, lakin indiyədək qəbul edilməmiş Kinonun İnkişafı Konsepsiyasının əsas tərkib hissəsi olacaq, beynəlxalq kino idarəçiliyi sahəsində qabaqcıl praktikaya əsaslanan, Dövlət prodüseri rolunu oynayan Kino Mərkəzi ilə birlikdə, əvvəlki illərin neqativ praktikasını nəzərə alaraq, Kino Mərkəzin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən qurumun yaradılmasının, kino təhsilinin inkişafına xüsusi diqqət ayrılmasının, Kino Aktyoru Teatrının təşkilinin, pandemiya dövründə zərər görmüş kinoteatr şəbəkələrinə dəstək göstərilməsinin, milli filmlərimizn ölkə kinoteatrlarında nümayişinə xüsusi diqqət ayrılmasının, peşəkar film festivallarının kinonun inkişafı üçün mühüm şərt olduğunu qeyd edərək,

Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual və bu tipli başqa təşəbbüslərin dəstəklənməsinin, Mədəniyyət Nazirliyi tərəfindən kino mətbuat orqanlarının bərpasının və fəaliyyətinə dayaq olmasının vacibliyini ehtiva edir. .

Bəyanatın tam mətni ilə aki.az saytında tanış ola bilərsiniz.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button