Ölkə

Məşhur teatrşünas ölkə başçısına təşəkkür ünvanladı.

Teatrşünas-tənqidçi Anar Burcəliyev ölkə başçısı cənab İlham Əliyevə və l-Vitse Prezident Mehriban xanım Əliyevaya öz Facebook səhifəsində təşəkkür ünvanlayıb. Təşəkkür məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Siz hər zaman Azərbaycan mədəniyyətinə xüsusi diqqət və qayğı ilə yanaşmısınız. Biz mədəniyyət və incəsənət sahəsində çalışan şəxslər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bu gün də belədir. Sizin və hörmətli Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı sayəsində ulu Şeyx Nizami yurdu olan Gəncədə möhtəşəm bir Dövlət Dram Teatrı üçün əsaslı 500 tamaşaçı tutumu olan binanın inşa edilməsi də bu diqqət və qayğının əyani təzahürüdür. 24 iyun tarixində Gəncəyə növbəti səfəriniz zamanı Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında vermiş olduğunuz məlum Sərəncamınızla 13,8 milyon (on üç milyon səkkiz yüz min) manat vəsaitin ayrılması biz mədəniyyət və incəsənət xadiminlərinin böyük sevincinə səbəb olmuşdur. Yeni tikilən bina Qərb regionunda öz möhtəşəmliyilə seçilməklə burada teatrsevərlərə uğurlu repetuar tamaşaları ilə xidmət göstərməyə imkan verəcəkdir.

Göstərilən bu misilsiz qayğı üçün Sizə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Hər zaman var olun.

Hörmətlə, Anar Məmməd oğlu Burcəliyev
Teatrşünas-tənqidçi
Gəncə şəhəri, 26 iyun 2020-ci il.”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button