Mədəniyyət

Milli Kitabxanada ilk azərbaycanlı pediatra həsr edilmiş virtual sərgi açılıb

İlk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin 135 illiyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış virtual sərgi http://anl.az/el/vsb/Ebulfez_Qarayev/index.html istifadəçilərə onlayn rejimdə təqdim olunub.

Kitabxanadan Analoq-a bildirilib ki, sərgidə Əbülfəz Qarayev haqqında zəngin məlumatlar yer alıb.

Azərbaycan xalqının görkəmli, unudulmaz insanları sırasında ilk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin də özünəməxsus yeri var. Xalqı, milləti qarşısında böyük xidmətləri olan professor Ə.Qarayev bu gün həm görkəmli həkim, həm də böyük şəxsiyyət kimi hörmət və ehtiramla yad edilir.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button