Siyasət

ABŞ-dan Ermənistana ağır zərbə

“ABŞ Konqresində müzakirəsi gözlənilən 1165 saylı “Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatını və Türkiyənin münaqişəyə müdaxiləsini pisləmək” qətnaməsi müzakirəyə çıxarılmadı”.

Analoq.az xəbər verir ki, bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, qətnamə oktyabrın 1-də Konqresin Nümayəndələr Palastasının Xarici Əlaqələr Komitəsinə təqdim ediməsinə baxmayaraq, ona hətta Komitə səviyyəsində də baxılmayıb:

“Bildiyiniz kimi Qətnamə anası erməni olan Ceki Speyerin təşəbbüsü ilə hazılanıb. Bu təşəbbüsə əvvəl deyildiyi kimi 46 deyil, 38 nəfər qoşulub. Onların 35-i demokrat, 3-ü respublikaçıdır. Təşəbbüsə qoşulanların 17-si Kaliforniyanı, 5-i Nyu-Çersini, 3-ü Massaçusettsi, 2-i Floridanı, 2-i İllionisi, 2-i Nyu-Yorku, 2-i Rod-Ayləndi, qalanları da hərəsindən 1 nümayəndə olmaqla Haavay, Meriləndə, Miçiqan, Minnesota, Tennessee ştatlarını təmsil edirlər”.

Qubad İbadoğlu qeyd edib ki, qətnamədə 4 tələb irəli sürülür:

“Birinci, Azərbaycanın Dağlıq Qarabağdakı davamlı təcavüzkar hərbi əməliyyatlarını və atəşkəs razılaşmasının pozulmasını pisləyir;

İkinci, Prezident Rəcəb Tayyip Ərdoğan dövründə Türkiyənin münaqişədə iştirakını və eskalasiyasını pisləyir;

Üçüncü, atəşkəs razılaşmasını və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir;

Dördüncü, ABŞ Azərbaycanın Dağlıq Qarabağ və Ermənistana qarşı hərbi əməliyyatlarının dayandırılmasına və təmas xətti boyunca müstəqil üçüncü tərəflərin monitorinqini qəbul etməsi barədə razılığa gəlməsinə dair ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini bir daha təsdiqləyir.

Göründüyü kimi bu Qətnamədə nə ABŞ yardımlarına qadağa, nə də sanksiyalar nəzərdə tutulmayıb. Əslində tutula da bilməz. Sadəcə bu demokratların noyabrın 3-ə təyin edilən seçki qabağı oyunlarından biridir”.konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button