Ulu Öndərin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “İstedad–baxış” müsabiqəsi başa çatıb
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mədəniyyət Mərkəzi, Kürdəmir rayon Mərkəzi Kitabxanası və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi xalqımızın ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar beş nominasiya üzrə onlayn “İstedad–baxış” müsabiqəsinə yekun vurulub.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 yaşdan 30 yaşadək uşaq və gənclərin iştirak etdiyi müsabiqənin məqsədi yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzini formalaşdırmaq, incəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarət olub.
Münsiflər heyətinin rəyinə əsasən müsabiqədə bədii qiraət, rəsm, rəqs, musiqi və əl işləri nominasiyaları üzrə ilk üç yeri tutanlar mükafata layiq görülüblər. Hər nominasiya üzrə əlavə iki həvəsləndirici diplomlar verilib.