Dünya

“İstəyirik ki, aydın addımlar atılsın”- İBRAHIM KALIN

İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər mümkün olmayacaq.

Bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankarada Türkiyənin İsveç və Finlandiya nümayəndə heyətləri ilə danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

“NATO təhlükəsizlik ittifaqıdır, ona görə də bu ittifaqın ən əsas məsələsi təhlükəsizlik problemlərinin ittifaqın bütün üzvləri üçün bərabər və ədalətli şəkildə həll edilməsidir. Biz terror təşkilatlarına qarşı konkret tədbirlərin görülməsini istəyirik. İstəyirik ki, aydın addımlar atılsın. Qeyd etdiyim tələblər yerinə yetirilməsə, bu proses davam edə bilməz”, – Kalın vurğulayıb

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button