Mədəniyyət

İstiqlal Muzeyinin əməkdaşı beynəlxalq videokonfransda çıxış edib

İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasının 75-ci il dönümü münasibətilə Rusiya Federasiyası Böyük Vətən müharibəsi muzeyinin təşkilatçılığı ilə “Qələbə ərazisi. Yaddaşımızı birgə saxlayaq” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda Rusiya, Belorus, Qazaxıstan, Başqırdıstan, Abxaziya, Udmurtiya və Cənubi Ural muzeyləri ilə yanaşı, Azərbaycan İstiqlal Muzeyi də iştirak edib.

Videokonfransda İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova “Azərbaycan Böyük Vətən müharibəsi illərində” mövzusunda mühazirə oxuyub.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi 2018-ci ilin dekabrında Böyük Vətən müharibəsi muzeyi ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Memorandum çərçivəsində İkinci Dünya müharibəsi ilə əlaqədar muzeydə müxtəlif tədbirlər təşkil edilir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button