Mədəniyyət

“Fəcr” film festivalı təxirə salınıb

Mayın 17-dən 25-dək Tehranda keçirilməsi nəzərdə tutulan 38-ci “Fəcr” film festivalı təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı festivalın katibliyinin rəhbəri Məhəmməd Mehdi Əsgərpur verib. O bildirib ki, koronavirus pandemiyası festivalın keçirilməsini qeyri-mümkün edib. İran beynəlxalq təyyarə reyslərini dayandırıb ki, bu da festival iştirakçılarının Tehrana gəlişinə maneə yaradıb. Festivalda iştirak etmək istəyən ölkələrdə də koronavirus pandemiyası ilə əlaqələr nəqliyyat və digər problemlər mövcuddur.

M.M.Əsgərpur bildirib ki, təşkilatçılar bütün bu problemləri nəzərə alaraq festivalın 2021-ci ilin mayında keçirilməsini nəzərdə tutublar.

Qeyd edək ki, hər il Tehranda keçirilən “Fəcr” film festivalında Azərbaycan filmləri də nümayiş etdirilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button