Mədəniyyət

“Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi davam edir

Yasamal rayon Heydər Əliyev Mərkəzinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə elan etdiyi “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi davam edir.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən müsabiqəyə təqdim olunan rəsm əsərləri mayın 1-dən etibarən Yasamal rayon Heydər Əliyev Mərkəzinin “Facebook” (https://www.facebook.com/Haydar-Aliyev-Merkezi-319041938623779/) səhifəsində paylaşılır.

Qeyd edək ki, müsabiqənin qalibi mərkəzin “Facebook” səhifəsində onlayn səsvermə əsasında müəyyən olunacaq. “Azərbaycanın xilaskarı” rəsm müsabiqəsinin nəticələri isə mayın 10-da açıqlanacaq.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button