Mədəniyyət

“Eurovision – 2021” mahnı müsabiqəsi Rotterdamda keçiriləcək

Avropa Yayım Birliyi (European Broadcasting Union) “Eurovision – 2021” mahnı müsabiqəsinin Rotterdamda (Hollandiya) keçiriləcəyini təsdiq edib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Eurovision: Avropa bərq vurur” (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.

Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou proqram “Ahoy” konsert zalında baş tutacaq.

Artıq məlumdur ki, “Eurovision – 2020”də çıxışları elan edilmiş 41 ifaçı və musiqi qrupundan 18-i “Eurovision – 2021”də öz ölkələrini təmsil edəcək.

Qeyd edək ki, say etibarı ilə 65-ci “Eurovision” müsabiqəsi bu il Rotterdamın Ahoy konsert zalında “Açıl” (Open Up) adı altında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi müsabiqəni koronavirus pandemiyası ilə əlaqədar təxirə saldı.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button