Mədəniyyət

“Qəbir qazma üsulu” tamaşası onlayn nümayiş ediləcək

Azərbaycan Dövlət “Yuğ” Teatrı Argentina yazıçısı A.B.Kasaresin hekayəsi əsasında hazırlanmış “Qəbir qazma üsulu” tamaşasını mayın 21-də onlayn nümayiş etdirəcək.

Analoq.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru və tərcümə edəni Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam mərhum Rəşid Şərif, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir.

Tamaşanın əsas ideyası ondan ibarətdir ki, mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərərsə, o, məhvə məhkumdur.

Argentina yazıçısı A.B.Kasaresin fikrincə, cinayətlər törətmiş insanlar bir-birini sevən iki gənc olduğundan, onlar günahlar içində ailəni qoruyub saxlaya bilməyəcək, ailənin dağılması ilə ölümlərinə, sevgilərinin məhvinə səbəb olacaqlar. Yazıçının polisemantik fikri teatrının poetikası üçün çox səmərəlidir. Əsərdə fikirləri birmənalı şəkildə deyil, hər tərəfə yozmaq mümkündür.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button