Ölkə

Şikayətim sizədir, Osman müəllim! RAKURS+FOTOLAR

Osman müəllim, qızınız Sevinc məhz sizin ermənilər tərəfindən xaincəsinə qətlə yetirilərək şəhid edilmənizin fərqinə varmayaraq, bu gün düşmən çörəyi yeyir

Allah müqəddəs Quranımızda buyurur ki, şəhidlər ölmürlər, onlar diridirlər və bizim qədər görür, eşidir və duyurlar. Çünki şəhidlər Allah yanında əbədi cənnətlə müjdələniblər. Düşündüm, əgər belədirsə, o zaman sizə şikayət edim Osman müəllim, yəqin ki, şikayətimdən sonra siz də qızınız Sevinc Mirzəyevanın (Osmanqızı yazmağa əlim gəlmir) günahkar əməllərinin bağışlanması, hidayət olunması üçün Allaha xitab edərsiniz…

Osman müəllim, qızınız Sevinc məhz sizin ermənilər tərəfindən xaincəsinə qətlə yetirilərək şəhid edilmənizin fərqinə varmayaraq, bu gün düşmən çörəyi yeyir, hətta nəvənizə də o haram, kirli çörəyi bəh-bəhlə yedirir. Həmin çörəyin tikələri isə onun qanına, canına, iliyinə qədər işləyərək artıq milli genini tamamilə pozub, kafirləşdirib, murdarlaşdırıb, erməniləşdirib. Pozulmuş o qanın yenidən təmizlənməsi isə inandırıcı görünmür. Ancaq Allahın əlindədir! Osman müəllim, övladınız Sevinc, uğrunda canınızı fəda etdiyiniz Qarabağımızın ah-naləsinə kənardan baxıb-gülür, istehza edib-ələ salır, hətta “ər” qismində gördüyü qatilləri ilə xısınlaşıb gərdanlarına girir, sonra da siyasi yataqda canla-başla onların əmrlərini vulqarcasına icra edir, axı kəbinlidir onlarla…

Sözsüz ki, bu əmrlərin hər biri Azərbaycana, Azərbaycanlılara, bütövlükdə isə Böyük Türk dünyasına qarşı hazırlanmış idbar planın işə salınmasına hesablanıb. Artıq bu məsələ müxalifət-iqtidar məcrasından çıxaraq, ümummilli məsələyə çevrilib, çünki ortada dövlətçilik marağı, dövlətçilik müdafiəsi dayanıb. Qızınız Sevinc isə, qatilləriniz olan ermənilərlə yanaşı, ona qahmar çıxan və anti-milli şura deyilən bir saxtakar qurumla, həmin qurumda yer alan özlərini ucuza satan xainlərlə uğrunda canınızdan keçdiyiniz Azərbaycanımıza sağdan, soldan balta, külüng zərbələri endirirlər. Onlar dövləti və milləti öldürməyə, parçalamağa, düşmənə yem etməyə quduzcasına, vəhşicəsinə can atırlar. Dişləri qıcanıb, ağızları isə heliklənib, sulanıb.

Osman müəllim, siz şəhid olduqdan sonra, hətta ailəniz Sevincdən imtina etdi, rəsmən soyunuzdan çıxardı. Sizə görə – ruhunuzun, adınızın, şərəfinizin, namusunuzun, qeyrətinizin, vicdanınızın sızlamaması, əzab çəkməməsi üçün. Ancaq sizə yazdığım şikayətin əvvəlində də qeyd etdiyim kimi, şəhidlər görür, eşidir və duyurlar. İndi sizin necə narahat, nigaran olduğunuzu təsəvvürümə gətirirəm. Halbuki siz – Osman müəllim, bu əzabları çəkməyə əsla layiq deyiliydiniz və deyilsiniz. Sizi və digər qeyrətli Vətən oğullarımızı qanınıza qəltan edən cəllad erməniləri “sivil” adlandıran övladınız Sevinc azərbaycanlı adından imtina edib. Çünki o erməniləri “sivil” adlandırmaqla millətimizə “vəhşi” damğasını vurur, bununla da özünü “sivil” ermənilərə aud edir. Yəqin ki, ermənini “sivil” görən biri azərbaycanlı olmaq istəməz və həmin “azərbaycanlı” təəssüf ki, qızınız Sevincdir. Onun Mirzəyeva soyadını Mirzoyana çevirmək arzusunu reallaşdırması cəhdi də mənə belə qənaətə gəlməyi diktə edir!

Osman müəllim, Sevincin hər bir insanımızı qeyzləndirən fikirləri həyatınızı əlinizdən alan ermənilərin medialarında, mətbuat səhifələrində manşetə çevrilib, Azərbaycan dövlətinə qarşı silah olaraq işlədilməkdədir. Bu şikayətlərimi bəlkə də günlərlə ifadə edə bilərdim. Ancaq haqq dünyasında, cənnətdə, şəhidlik zirvəsində olmağınıza rəğmən, necə yanıb-yaxıldığınızın, iztirab çəkdiyinizin fərqinə maksimum varmağa, hiss etməyə çalışıram, Osman müəllim. Amma nə edim ki…

Millətimin, dövlətimin, torpağımın dar günündə, xalqımın, igid oğul və qızlarının milli heysiyyatını qoruduğu günündə qızınız Sevincin ermənilərin altına bu qədər ehtirasla, şəhvətçəsinə, mazoxistcəsinə yıxılması mənim sizə bu şikayəti yazmağa məcbur etdi. Siz Allaha bizdən daha yaxınsınız Osman müəllim, ona görə də şikayətimi sizə etdim ki, siz də Allaha çatdırasınız bu şikayətimi. Bu, mənim borcum idi, Allah, Vətən, Dövlət, Millət və Şəhid qarşısında olan borcum…sia.az

Rövşən NURƏDDİNOĞLU

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button