Mədəniyyət

“Fikrət Əmirov fenomeni” mövzusunda konfrans keçirildi

Fikrət Əmirovun 100 illiyinə həsr olunan “Azərbaycan bəstəkarlıq məktəbində Fikrət Əmirov fenomeni” mövzusunda konfrans keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində 30 mart 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Azərbaycan bəstəkarlıq məktəbində Fikrət Əmirov fenomeni” mövzusunda konfrans keçirildi.

“İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri Səadət Təhmirazqızının çıxışı ilə konfrans açıq elan edildi. Daha sonra, Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək, Fikrət Əmirovun həyat yaradıcıllığının Azərbaycanın milli və mədəni irsində qorunub saxlanılmasının və təbliğ edilməsinin vacibliyini vurğuladı.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova “Azərbaycan bəstəkarlıq məktəbində Fikrət Əmirov fenomeni” mövzusunda çıxış etdi.

Daha sonra, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Fikrət Əmirov və xalq musiqisi” mövzusunda çıxışı ilə konfrans davam etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva “Fikrət Əmirov yaradıcılığında romantizm cərəyanının xüsusiyyətləri” mövzusunda çıxışı ilə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Fikrət Əmirov və klassik Azərbaycan poeziyası” mövzusunda çıxış etdi. Son olaraq, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Fikrət Əmirov yaradıcılığının təbliği məsələləri” mövzusunda çıxışı ilə konfrans yekunlaşdı.

Qeyd edək ki, konfrans çərçivəsində musiqili çıxışlar da oldu. Belə ki, Fikrət Əmirovun həyat yaradıcıllığına həsr olunan Əməkdar artist Zemfira İsmayılova və əməkdar müəllim Naibə Şahməmmədovanın müşaiəti ilə “Azərbaycan elləri” ifa olundu. Daha sonra F.Əmirovun “Gülüm” əsəri əməkdar müəllim Naibə Şahməmmədovanın müşayiəti ilə əməkdar artist Anar Şuşalının ifasında səsləndi.

Daha sonra, əməkdar müəllim Naibə şahməmmədovanın müşayiəti ilə Milli Konservatoriyanın IV kurs tələbəsi Mirəli Sarızadənin ifasında F.Əmirovun “Kor ərəbin” mahnısı səsləndirildi. Son olaraq, “Sevil” operasından Sevilin ariyası əməkdar artist Zemfira İsmayılova və əməkdar müəllim Naibə Şahməmmədovanınn müşayiəti ilə ifa edildi.

Tədbir sonunda xatirə şəkli çəkilmişdir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button