Redaktor seçimi

Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır

Hər bir xalqın taleyində onun yetirdiyi dahi şəxsiyyətlərin rolu əvəzedilməzdir. Tarixin ayrı-ayrı dövrlərində ağır sınaqlarla üzləşən xalqı öz ətrafında birləşdirib vəziyyətdən çıxış yolu tapa bilən liderə ehtiyac duyulur. Bütöv bir millət belə bir liderin sayəsində məhv olmaqdan qurtulub yenidən həyata qayıdır. Ümummilli lider Heydər Əliyev xalqımızın taleyində məhz belə bir rol oynamış, millət qarşısında əvəzsiz xidmətləri ilə adını həmişəlik tarixin yaddaşına həkk etdirmişdir. O, ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqi üçün çalışdığı, zəngin mədəniyyət, böyük tarıxı keçmişi ilə həmişə fəxr etdiyi və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma azərbaycanı bir xalq və dovlət kimi zamanın sərt sınaqlarından çıxarmışdır. Heydər Əliyev şəxsiyyətinin timsalında görürük ki, görkəmli şəxsiyyətlər yaradan xalqın böyüklüyu onun sayca az və ya çox olmasından asılı deyil.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi respublikamızda demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin yaranması, bazar iqtisadiyyatı münasibətlərinin təşəkkül tapması üçün tarixi şərait yaratdı.

Azərbaycan xalqının istək və arzularının nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev onun sədri seçildi.

YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində partiyanın sıraları genişləndi.

YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. YAP müxalifət partiyası kimi yaransa da, onun hakimiyyətə münasibətdə tutduğu mövqe konstruktiv xarakter daşıyırdı.

1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqımızın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz ağır böhrandan, vətəndaş müharibəsi və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edildi.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və bununla da YAP iqtidar partiyası kimi özünü təsdiq etdi. Partiya “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə başladı. Üzvlərinin sayı sürətlə artan YAP aparıcı siyasi partiya kimi respublikanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdi.

İlk növbədə qeyd etmək lazımdır ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi.

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onların geniş miqyasda vüsət tapması 1969-1982-ci illərə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi əvvəlki dövrə təsadüf edir.

Bütün şərq ölkələrində olduğu kimi, süni suvarma Azərbaycanın kənd təsərrüfatının iqtisadiyyatında da mühüm rol oynamışdır. Azərbaycanda belə hesab edilirdi: “su torpağa deyil, torpaq suya mənsubdur”. Qədim ərəb atalar sözlərində belə deyilirdi: “Su qurtaran yerdə torpaq da qurtarır”. Atalar sözünün mənasını belə başa düşmək olar, torpaq yalnız suvarılması mümkün olan halda (arid iqlim şəraitində) qiymətlidir.

Bu illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsalat bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış insititutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını bölüşdürən və tənzimləyən suvarma sitemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət tutarlı meliorasiya və su təsərrüfatı kompleksləri yaradılmış, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.

Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsinə əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2 dəfə çox vəsait qoyulmuş, min kilometrlərlə suvarma kanallları, kollektor-drenaj sistemləri, iri nasos stansiyaları, hidroqovşaqlar, ümumi su tutumu 3 mlrd. kub m olan su anbarları və s. tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən çox artmış və bütün bunların hesabına torpağın məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma əkinçiliyi özünü döğrultmuş, böyük səmərə vermiş, uzaqgörən siyasət nəticəsində respublikanın müxtəlif bölgələrində su çatışmamazlığı vaxtında aradan qaldırılmışdır.

Meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi sayəsində Heydər Əliyevin gərgin əməyi nəticəsində 1970-ci ildən başlayaraq respublikada kənd təsərrüfatı məhsullarının istehsalında görkəmli naliyyətlər əldə olunmuşdur.

1983-cü ildə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə, o cümlədən bitkiçiliyin 2,6 dəfə və heyvandarlıq məhsulları 1,7 dəfə yüksəlmişdir.

Azərbaycan Respublikasında 1969-1982-ci illərdə tikilib istifadəyə verimiş mühüm əhəmiyyətli irriqasiya və meliorasiya obyektləri: Ağstafaçay su anbarı magistral kanallarla (1969-cu il, tutumu 120 mln.m3, suvarılan sahə 39 min ha), Araz su anbarı (1971-ci il, tutumu 1350 mln.m3, yeni suvarılan sahə 85 min ha), Naxçıvan MR-da 3 pilləli Qaraçuq n/s (1971-ci il, kanalların sərfi 2 m3/san, yeni suvarılan sahə 2 min ha), Şamaxı rayonunda Zaqolovoçay su anbarı (1973-cu il, tutumu 3,4 mln.m3, yeni suvarılan sahə 0,14 min ha), Naxçıvan MR-da 2 pilləli Arpaçay n/s (1975-ci il, kanalların sərfi 4 m3/san, yeni suvarılan sahə 4 min ha), Yuxar Qarabağda Sərsəng su anbarı (1976-cı il, tutumu 560 mln.m3, yeni suvarılan sahə 145 min ha), Lənkəran rayonunda Yuxarı Xanbulançay su anbarı magistral kanallarla (1976-cı il, tutumu 9, mln.m3, yeni suvarılan sahə 6,2 min ha), ), Naxçıvan MR-da Arpaçay su anbarı (1977-ci il, tutumu 150 mln.m3 , yeni suvarılan sahə 36 min ha), Naxçıvan MR-da Sirab su anbarı (1979-cu il, tutumu 12,7 mln.m3 , yeni suvarılan sahə 2,7 min ha), Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı (1980-cı il, tutumu 9,5 mln.m3 , yeni suvarılan sahə 6,2 min ha), Tovuz rayonunda 3 pilləli n/s (1981-ci il, kanalların sərfi 5,6 m3/san, su təminatının yaxşılaşdırılması 18 min ha), Dağlıq Qarabağ MV-də suvarma sitemlərinin yenidən qurulması (1982-ci il, yeni suvarılan sahə 0,25 min ha, su təminatının yaxşılaşdırılması 1,24 min ha), Zəngilan rayonunda 2 pilləli n/s (1983-cü il, kanalların sərfi 3,2 m3/san, yeni suvarılan sahə 3,2 min ha), Baş Şirvan kollektorunun yenidən qurulması (1983-cü il, kanalın sərfi 72 m3/san, su təminatının yaxşılaşdırılması 271 min ha), Lənkaran və Astara rayonlarında suvarma sistemləri (1983-cü il, yeni suvarılan sahə 6,3 min ha), Mil-Muğan hidroqovşaq Baş Mil kanalı ilə (1983-cü il, tutumu 6 mln.m3, yeni suvarılan sahə 10 min ha, su təminatının yaxşılaşdırılması 110 min ha).

Hər hidrotexniki qurğunun tikintisi ilə əlaqədar xalq arasında Heydər Əliyev şəxsiyyəti haqqında müəyyən yerli xalq deyimlərinin yarandığının indidə şahidi oluruq. Beləki tikintisinə ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə başlanılmış Viləşcay su anbarının (1986 cı il, tutumu hazırda 130 mln.m3, yeni suvarılan sahə 11,3 min ha ) istifadəsindən sonra yerli ağsaqqalların dilindən deyilən “Viləşcay su anbarının tikintisindən sonra Heydər Əliyevə təkcə bu bölgədə yaşayan insanların deyil, ərazidəki bütün canlı varliqların duası bir insan ömrünə bəs edər”, kimi kəlamlar ümummilli liderin xalq qarşısında gördüyü işlərə vaxtında xalqının verdiyi dəyərin təzahürü və xalqın ehtiramıdır.

Daha bir nümunə isə Şəmkir su anbarının tikintisi ilə əlaqədardır, Şəmkir su anbarının tikintisi keçmiş SSRİ-də mövcud olan beş illik plana salınsada tikintiyə başlamaq mümkün olmamışdır. Su anbarının tikintisinin Texniki İqtisadi Əsaslandırılması aparılmış, texniki layihə və işçi cizgilərin hazır olmasına baxmayaraq maliyyə vəsaiti ayrılmadığı üçün iş yubanırdı. O vaxt belə böyük layihələr mərkəzi büdcədən ayrılan vəsaitlər hesabına icra edilirdi. Beşilliyin sonuncu beşinci ilində də bu iş üçün mərkəzi büdcədən vəsait ayrılmasaydı Şəmkir su anbarının tikintisi sual altında qalacaqdı. Ölkə rəhbəri ümummilli lider Heydər Əliyev vəziyyəti çox yaxşı başa düşürdü. İndi Şəmkir su anbarının (1982-ci il, tutumu 2677 mln.m3) Respublikanın xalq təsərrüfatında hansı vacib əhəmiyyətə malik olduğunu nəzərə alsaq onda “Hazırki Meliorasiya və Su Təsərrüfatı Heydər Əliyevin yetirməsidir” sözlərinin necə yerinə düşdüyünü açıq-aydın görmək olar.
Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçimiz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yollari və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı.
Məlumdur ki, 1993-1995-ci illərdən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli soşial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır.1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuş¬dur. Aqrar islahatlar başa çatdıq¬dan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və re¬kord göstəricilər əldə olunmuş¬dur.

Aqrar islahatın bir hissəsi olaraq meliorasiya və su təsərrü¬fatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şə¬kildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi ba¬zası yaradıldı. Bu məqsədlə 30- dan artıq normativ-hüquqi sənəd hazırlandı. Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfin¬dən 1996-cı ildə imzalanmış “Me¬liorasiya və irriqasiya haqqında’’ Azərbaycan Respublikasının Qa¬nunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası | Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xa¬rici investisiyalar ilk növbədə me¬liorasiya və su təsərrüfatı sahəsi¬nə yönəldildi. Xarici investisiyala-rın səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qal¬mış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlar¬dan iqtisadiyyatınız üçün ən va¬cib olan üç obyektın – Baş Mil-Muğan kollektorunun tlkifitisinin, Samur-Abşeron suvirmı sisteminin yenidən qurulmasının və Naxçı¬van Muxtar Respıfcllkısında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı və sonradan meliorasiya və irriqasya istiqamətində neçə-neçə belə böyük layihələrin həyata kecrilməsinə nail olundu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəciliyi təfəkkürünə malik İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimiz, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Meliorasiya və irriqasya sahəsində bu varisliyin timsalı kimi Samur-Abşeron magistral suvarma sisteminin yenidən qurulmasının və Taxtakörpü su anbarının tikintisini nümunə göstərmək olar.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalına fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığna əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçrilməsi təklif olunmuşdur.

Vəlvələ-Taxtakörpü kanalının tikintisində möhtərəm Prezidentimiz İlham Əliyev iki dəfə iştirak etmişdir. İki dəfə işlərin gedişi ilə maraqlanmış və öz tapşırıqlarını, tövsiyyələrini vermişdir. 2013-cü ildə suyun anbara doldurulması mərasimində iştirakı xüsusilə əlamətdar hadisə idi. Çünki həmin gün anbara 105 milyon kubmetr təmiz, içməli şirin su yığılmışdır. Amma su anbarının ümumi tutumu 270 milyon kubmetrdir. Bu, ölkəmiz, xalqımız və iqtisadiyyatımız üçün çox əhəmiyyətli məsələdir. Respublika Prezidenti İlham Əliyevin bu layihənin reallaşdırılması ilə Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi üçün verdiyi sözün tam icrasını təmin etdiyini bir daha sübuta yetirdi. Bu, doğurdan da Heydər Əliyevin ideyalarının Azərbaycanda həyata keçirilməsinə bariz nümunə oldu.

Hazırda Azərbaycan Meliorasiya və su Təsərrüfatı ASC tərəfindən ümumi sututumu 22 milyard kub metr olan 138 su anbarından istifadə edilir və 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1046 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2 min km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları vahid kompleks şəklində istismardadır.

Ölkə başçısının qətiyyətli siyasəti sayəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri böyük vüsət almışdır. Bununla əlaqədar olaraq, bütün sahələrdə olduğu kimi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin də qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr 05 aprel 2021-ci il tarixdə Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə sədr vəzifəsinə təyin edərkən Prezident İlham Əliyev cənablarının verdiyi proqmatik tövsiyyələrində öz əksini tapmışdır və bu gün bəzi məqamları yenidən xatırlamaq yerinə düşərdi. Ölkə başçısı öz tövsiyyələrində bildirdi ki:

-Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyəti və rəhbərliyi nəticəsində şanlı ordumuzun Vətən müharibəsindəki möhtəşəm Qələbəsi hər birimizi sevindirir. Bu tarixi qələbəmiz ölkəmizin, bütövlükdə regionun inkişafına yeni dövr açdı. Hazırda ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri böyük vüsət almışdır. Bununla əlaqədar olaraq bütün sahələrdə olduğu kimi Meliorasiya və Su Təsərrüfatrı ASC-nin də qarşısında mühüm vəzifələr durur. Məhz buna görə də Respubluka Prezidenti tərəfindən imzalanmış 2020-ci il 27 iyun tarixli Sərəncama əsasən “Su ehtiytlarından səmərəli istifadə edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Burada nəzərdə tutulan tədbirlərin reallaşdırılması kənd təsərrüfatında sudan davamlı istifadənin təmin edilməsində mühüm rol oynayacaqdır. Tədbirlər Planından irəli gələn vəzifələrin həyata keçirilməsində respublikamızın melioratorları, eləcə YAP ərazi təçkilatının üzvləri də fəal iştirak edirlər.

21 fevral 1993-cü ildə təsis olunmuş, 122 ilk ərazi təşkilatını təmsil edən özündə birləşdirən və 27 392 nəfərdən çox üzvü olan YAP Səbail rayon təşkilatında respublikamızda Yeni Azərbaycan Partiyasının ən böyük təşkilatlarından biri olmaqla ətrafında çoxsaylı ziyalı və gənclər təbəqəsini birləşdirir. Partriyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və YAP–nın sədri İlham Əliyevin siyasi kursuna və ümumxalq həmrəyliyinə sadiqliyini daimi nümayiş etdirir. YAP Səbail rayon təşkilatı təkcə əhatə etdiyi rayonun deyil, ümümilikdə respublikasnmızın ictimai-siyasi həyatında göstərdiyi fəallığı ilə diqqəti cəlb edir.

Son nəticədə onu deyə bilərik ki, yerinə yetirilmiş işlər və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər Ulu Öndər Heydər Əliyev yolunun davamçısı ölkə Prezidenti İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısının əyani təzahürüdür. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır.

Saleh Sadıqov –Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC,Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi,

YAP Üzeyir Hacıbəyov-84 ərazi rayon təşkilatının sədri, əməkdar mühəndis

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button