Mədəniyyət

Bu gün onun doğum günüdür – Səadət Təhmirazqızı

30 aprel sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi dünyası” radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi, “İrsimizin Tətdiqi və Təbliği” İctimai Birliyinin sədri Səadət Təhmirazqızının doğum günüdür.

Şirinova Səadət Təhmiraz qızı S. Hacıbəyov adına Musiqi Texnikumunun “Tarixi nəzəriyyə” fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirib.

1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışan Səadət Təhmirazqızı çoxlu sayda elmi məqalə və oçerklərin müəllifi olmaqla yanaşı “Süleyman Ələsgərov xatirələrdə”, “Nəğmədir həyat” , “Sənətin Əliövsət zirvəsi” adlı kitabları ilə oxucuların görüşünə gəlib.

Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə “Qızıl qələm”, “Məhsəti Gəncəvi” və “Gənclər mükafatı” laureatı Səadət Təhmirazqızı həmçinin “Mənim atam Əliövsət Sadıqov ” filminin də ssenari müəllifidir.

Səadət Təhmirazqızının rəhbəri olduğu “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində 30 mart 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında “Azərbaycan bəstəkarlıq məktəbində Fikrət Əmirov fenomeni” mövzusunda konfrans keçirilib. İctimai Birliyinin tədbirlərindən biri də Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunmasıdır.

Səadət xanımı Analoq.az adından təbrik edir , ona rəhbəri olduğu “İrsimizin Tədqiqi və Təbliği” İctimai birliyində , eləcə də yaradıcılığında yeni – yeni uğurlar, möhkəm can sağlığı arzu edirik

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button