Müharibə

Latviya Ukraynaya 500-dən çox dron göndərdi

Latviya Ukraynaya 500-dən çox dron göndərib.BU barədə Latviyanın müdafiə naziri Adris Spruds məlumat verib.

Bu, Ukraynaya göndərilən növbəti hərbi yardım paketidir. Bunadək aprel-may aylarında Latviya Ukraynaya 1 milyon avro dəyərində 135 dron vermişdi.

Ümumilikdə isə rəsmi Riqa Ukraynaya Latviya istehsalı olan və müxtəlif təyinatlı 4 milyon avro dəyərində 2,5 min dron verməyi planlaşdırır.

Qeyd edək ki, apreldə bu iki dövlət Ukraynanın hərbi ehtiyaclarını ödəmək məqsədilə birgə dron istehsalı barədə razılığa gəliblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button