Ölkə

İcra başçısı liseyin pəncərələrini niyə hördürüb?-ŞOK VİDEO

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Analoq.az yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”. Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Məlumatda o da bildirilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button